Dünya
2-08-2021, 14:33
166
Əfqan prezidenti "Taliban"la sülh razılaşması istəyir
Əfqanıstan Parlamentinin təcili iclasında çıxışı edən prezident Əşrəf Qani, ölkədəki mövcud vəziyyətə görə ABŞ-ı günahlandırıb.
Ölkə prezidenti çıxışında "Mövcud vəziyyət beynəlxalq qüvvələrin geri çəkilmə qərarı ilə bağlıdır" ifadələrini işlədib.
Bundan əlavə, Qani rəsmi Vaşinqtona geri çəkilmənin mənfi nəticələr verəcəyini də bildirib:
"Son 3 ay ərzində gözləmədiyimiz bir vəziyyətlə qarşılaşmışıq".
Prezident Taliban və Əfqanıstan hökumətinin bir-birini qəbul etməyin və sülhlə həll yoluna keçməyin vaxtının gəldiyini söyləyib.