Dünya
3-08-2021, 15:17
137
"Titanic"də qəza baş verdi: Xəsarət alanlar var
Tennessi ştatının Pikeon Fors şəhərindəki "Titanic Museum"da ötən gecə buzlu divarın uçması nəticəsində 3 turist xəsarət alıb.
Bu barədə muzeyin mülkiyyətçiləri xəbər veriblər. Xəbərdə muzeyin hazırda bağlı olduğu bildirilir:
"Düşüncə və dualarımızda xəsarət alanların, həmçinin onların ailələri və dostlarının yanındayıq".
Xəsarət alanların xəstəxanaya yerləşdirildiyi bildirilir. Hadisənin səbəbi məlum deyil.
Qeyd edək ki, 1912-ci ildə inşa olunan və dünyanın ən böyük sərnişin gəmisi kimi qəbul edilən "Titanic" gəmisinə və sərnişinlərinə aid muzeydə 400-dən çox əşya nümayiş olunur.