Hindistanda daşqınlar nəticəsində 14 nəfər həlak oldu
3-08-2021, 22:11
146

Hindistanda daşqınlar nəticəsində 14 nəfər həlak oldu

Hindistanın şərqində yerləşən Qərbi Benqal ştatında leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 14 nəfər həlak olub.
Bölgədə 250 min nəfər yaşayış yerini tərk etməli olub.
Qeyd olunur ki, həlak olanlar əsasən, divarların çökməsi və elektrik vurması nəticəsində həyatını itirib.
Fəlakət zonasından çıxarılan insanlar üçün müvəqqəti sığınacaqlar yaradılıb. Humanitar yardımın daşınması üçün hərbi helikopterlərdən istifadə olunur.

Oxşar xəbərlər