Əfqanıstanın müdafiə nazirinin evi yaxınlığında partlayış oldu - Ölənlər var
4-08-2021, 10:23
155

Əfqanıstanın müdafiə nazirinin evi yaxınlığında partlayış oldu - Ölənlər var

Əfqanıstanın müdafiə naziri vəzifəsini icra edən Bismillah Məhəmmədinin evinin yaxınlığındakı avtomobilin partlaması nəticəsində ən az 4 nəfər ölüb, daha 20 nəfər yaralanıb. Bundan sonra təhlükəsizlik qüvvələri ilə hücum edənlər arasında qarşıdurma olub.
Bu barədə AFP agentliyi Əfqanıstanın təhlükəsizlik xidmətində olan mənbələrə istinadən bildirib.
Mənbələr avtmobilin kamikadze tərəfindən idarə edildiyini qeyd ediblər.

Oxşar xəbərlər