Tarkandan yanğından zərərçəkmiş ailələrə maddi yardım
5-08-2021, 10:28
135

Tarkandan yanğından zərərçəkmiş ailələrə maddi yardım

Türkiyənin tanınmış sənətçisi Tarkan yardımı ilə gündəmə gəlib. 
Türkiyə mətbuatı xəbər verir ki, Türkiyədə 8 gündür davam edən yanğınlar zamanı zərərçəkmiş ailələrə maddi yardım edib.
Müğənni bunu gizlətsə də, sənətçi Onur Akay bu haqda sosial şəbəkə hesabında yazıb:
"Tarkan yanğın baş verən bölgələrə 500 min TL dəyərində gizli yardım edib. Bu gizli yardımı örnək olsun deyə açıqladım. Halal olsun Tarkana".

Oxşar xəbərlər