Yunanıstanda yanğınlar: Alov qədim Olimpiya şəhərini bürüyür
5-08-2021, 13:01
136

Yunanıstanda yanğınlar: Alov qədim Olimpiya şəhərini bürüyür

Yunanıstanda temperaturun 40 dərəcədən yuxarı qalxması nəticəsində son 24 saatda ümumən 118 yanğın hadisəsi baş verib.
Alov dalğası qədim Olimpiya şəhərinə çatıb.
Eviya adasında meşədən sıçrayan nəhəng alov yanğınsöndürənləri çətin vəziyyətə salıb. Yanğınsöndürənlər görmə qabiliyyətinin aşağı olduğu halda adada yanğının qarşısını almağın çətin olduğunu bildiriblər.
Səlahiyyətlilər sakinlərə evdə qalmağı, kül və tüstüdən qorunmaq üçün maska taxmağı tövsiyə ediblər.

Oxşar xəbərlər