"Donbas işğaldan azad ediləcək!" - Zelenski
5-08-2021, 22:34
172

"Donbas işğaldan azad ediləcək!" - Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski Donbasın heç vaxt Rusiya ərazisi olmayacağını və işğaldan azad olacağını bildirib. 
O, bu barədə "Dom TV"-yə verdiyi müsahibədə qeyd edib. 
Donbasın heç vaxt rus torpağı olmayacağını vurğulayan Zelenski, orada yaşayan insanlara səslənərək bu sözləri deyib:
"Əgər Rusiyanı sevirsinizsə və ömrü boyu yaşadığınız Ukrayna torpağını Rusiya hesab edirsinizsə, uşaqlarınız və nəvələriniz üçün Rusiyaya  gedib, yer axtarmalısınız". 
Bununla yanaşı, Ukraynasız Donbasda bir mədəniyyət olmayacağını ifadə edən Zelenski:
"Donbasın Ukrayna torpağı olduğunu bilirsinizsə, Ukrayna bayrağına və dilinə hörmət edin və gözləyin!  Donbas işğaldan azad olacaq!",- deyə ifadə edib. 
Ukrayna rəhbəri  son olaraq, "Almaniyadakı divarın dağıldığı kimi Donbas da azad ediləcək" şərhi ilə sözünü bitirib. 

Oxşar xəbərlər