Yunanıstandakı meşə yanğınlarından - Video
6-08-2021, 22:47
218

Yunanıstandakı meşə yanğınlarından - Video

Yunanıstanda Varipombi və bir sıra digər bölgələrdə meşə yanğınları hələ də davam edir.
“Anadolu” agentliyi xəbər verir ki, paytaxt Afinadan təqribən 20 kilometr məsafədə davam edən yanğınlar səbəbindən çox sayda yaşayış məskənləri boşaldılıb. 
Varipombi və ətrafındakı ərazilərdə bir çox fabrik və iş yeri yanğın səbəbindən zərər görüb. 
Bununla yanaşı, Malakasa adlı bölgədə miqrant düşərgəsi də təxliyyə edilib. İppokratios Politia, Kapandriti ve Afidnesdə isə alovlar evlərə qədər çatıb.
Bölgədə ard-arda partlayış baş verdiyindən elektrik xətlərinə ziyan dəyib. Nəticədə isə bu gün səhər saatlarından etibarən İppokraties Politia, Ayos Stefanos, Polidendri, Tatoi və  Krioneridə yaşayış məskənlərində elektrik enerjisi kəsilib. 
Mantudi meri Yorgos Çapurniotis Eğriboz adlı ərazidə yanğın səbəbindən azı 300 evin və iri həcmdə meşəlik ərazinin yanaraq külə döndüyünü bildirib. 
Həmçinin, Mora yarımadasında İlia və Lakonia bölgələri ilə Orta Yunanıstanda yerləşən Fokidada meşə yanğınları yenidən alovlanıb. Yanğını söndürmək üçün alovlara havadan və qurudan müdaxilələr davam edir. 
Bununla yanaşı, ölkənin digər bölgələrində də yanğın davam edir və küləyin təsiri ilə qısa zamanda böyük ərazilərə yayılır.



Oxşar xəbərlər