"Dünya real təhlükə dövrünə qədəm qoyub" - ÜST
6-08-2021, 23:05
168

"Dünya real təhlükə dövrünə qədəm qoyub" - ÜST

"Dünya real təhlükə dövrünə qədəm qoyub və koronavirusa qarşı mübarizə ilə bağlı əldə edilən nailiyyətlər hazırda tənəzzülə uğrayır".
Bunu Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv ölkələr üçün Cenevrədə keçirilən brifinq zamanı təşkilatın Baş katibi Tedros Adanom Qebreisus deyib.
 
Onun sözlərinə görə, sosial təmasların artması, səhiyyə və ictimai sahədə düzgün təşkil edilməyən tədbirlərin görülməsi, həmçinin peyvəndin qeyri-bərabər paylanması koronavirusun yayılmasına səbəb olur.
Baş katib vaksinlərin 80%-dən çoxunun yüksək və orta gəlirli ölkələr tərəfindən əldə edildiyini xatırladıb.

Oxşar xəbərlər