Dünya
7-08-2021, 12:00
170
BMT səfirini öldürmək istəyənlər həbs olundu
2 Myanma vətəndaşı Tayland silah alverçisi ilə Myanmanın BMT -dəki səfirinə sui-qəsd təşkil etmək cəhdinə görə Nyu-Yorkda həbs edilib.
CNN xəbər verir ki, bu ilin fevral ayında ordu tərəfindən devrilən Myanmanın seçilmiş mülki hökumətini təmsil edən səfir Kyau Mo Tun təhdid olunduğunu bildirib.
O, ABŞ səlahiyyətlilərindən təhlükəsizliyinin təmin edilməsini istəyib.
Nyu-Yorkun Cənub Bölgəsi üzrə Prokurorluğu 28 yaşlı Fio Heyn Htut və 20 yaşlı Ye Heyn Zaunun xarici məmura sui-qəsddə ittiham edildiyini, maksimum 5 il həbs cəzası ala biləcəklərini açıqlayıb.
Səfir hadisəyə münasibət bildirmək istəyinə dərhal cavab verməyib. Myanma xuntası onu fevral ayında işdən qovub, lakin Kyau Mo Tun indiyə qədər BMT elçisi olaraq qalır, çünki Birləşmiş Millətlər Təşkilatı xuntanı tanımır.