Antalyada 5 gündür itkin düşən gəncin meyiti tapıldı - FOTO/VİDEO
7-08-2021, 14:09
194

Antalyada 5 gündür itkin düşən gəncin meyiti tapıldı - FOTO/VİDEO

Türkiyənin Antalya şəhərində 5 gündür axtarılan gənc oğlanın meyiti tapılıb.
BAKU.WS “sondakika.com”a istinadən xəbər verir ki, şəhərin Kəmər bölgəsində yaşayan 26 yaşlı Samet Işıtanın cansız bədəni 20 metr hündürlüyündəki uçurumda aşkarlanıb.
O, əvvəl bir düşərgəyə gedərək ora yerləşib. Daha sonra qaldığı düşərgədən yürüşə çıxıb və ondan bir daha xəbər alınmayıb.
Sametin yaxınları polisə müraciət edərək onun itkin düşdüyünü bildiriblər. Polislərin Çıralı yolu üzərində yerləşən dağda apardığı
araşdırmalar zamanı onun meyiti tapılıb. Sametin cansız bədəni Kəmər Dövlət xəstəxanasının morquna aparılıb.



Oxşar xəbərlər