Türkiyədə 4 FETO-çu həbs edildi
9-08-2021, 19:34
170

Türkiyədə 4 FETO-çu həbs edildi

Türkiyənin təhlükəsizlik qüvvələri sərhədi qanunsuz keçmək istəyənləri saxlayıb. 
Ədirnədən Yunanıstana qaçmağa çalışan 4 FETO şübhəlisi sərhəddə tutulub. 
Bildirilib ki, onlar Yunanıstana qeyri-qanuni yollarla getmək istəyərkən 1 -ci dərəcəli hərbi qadağa zonasında keçirilən əməliyyatda saxlanılıb.
Araşdırmalar zamanı sözügedən şəxslərin FETO şübhəliləri olduğu müəyyən edilib. 
Hazırda məsələ ilə bağlı araşdırma davam edir. 

Oxşar xəbərlər