Erməni partiya sədri: “Paşinyan iqtidarı terrorizmə dəstək verir”
9-08-2021, 20:36
177

Erməni partiya sədri: “Paşinyan iqtidarı terrorizmə dəstək verir”

"Ərik ölkəsi" partiyasının sədri, vəkil Zaruhi Postancyan ərinə məxsus avtomobilin partlaması ilə bağlı açıqlama verib. 
“Armenian News” xəbər verir ki, bəyanat Baş prokuror Artur Davtyana və Ombudsman Arman Tatoyana ünvanlanıb.
Hadisə avqustun 5-nə keçən gecə saat dördün yarısında baş verib. Postancyan ailəsinin yaşadığı evin həyətində dayanan "Mercedes" markalı avtomobili naməlum şəxslər tərəfindən partladıb. 
“Terror aktından 4 gün sonra belə hüquq -mühafizə orqanları cinayət işi açmaq və hərtərəfli araşdırma aparmaq üçün təcili addımlar atmayıb. Polisin tələbi ilə zədələnmiş avtomobillər hələ də hadisə yerindədir. Terror aktı nəticəsində mənəvi və maddi ziyan vurulub. Lakin indiyə qədər zərərçəkənlərə müvafiq status verilməyib, onlara lazımi müdafiə tədbirləri verilməyib.
Faktları müqayisə etdikdə, Ermənistan Respublikasının terrorizmlə mübarizədə nəinki öhdəliklərini yerinə yetirmədiyini, əksinə, hərəkətsizlik göstərərək, əslində, terrora sponsorluq edərək cəmiyyətdə qorxu və bu gün, gələcək, Ermənistan Konstitusiyası ilə təmin edilən hüquq və azadlıqlar üçün narahatlıq mühiti yaratdığı görünür”.
İrəvanın yaşayış massivində xüsusi təhlükə yaradan partlayıcı və yandırıcı maddələrin (silahların) istifadəsi ilə həyata keçirilən terror aktı ilə bağlı araşdırma aparmamaq dövlət tərəfindən öhdəliklərini yerinə yetirməkdən imtina etməkdir.
Hələlik Ermənistan hakimiyyəti cinayət işinin açılmamasının və hərtərəfli ekspertizanın aparılmamasının rəsmi izahını verməyib. Deyə bilərik ki, İrəvanda yaşayan və işləyən siyasi və ictimai xadimlər terrorun hədəfinə çevriliblər”, – deyə bəyanatda qeyd olunur.

Oxşar xəbərlər