Bu ölkədə koronavirusdan çox vəba sürətlə yayılır
9-08-2021, 21:44
198

Bu ölkədə koronavirusdan çox vəba sürətlə yayılır

Koranavirusdan sonra indi də vəba epidemiyası surətlə yayılır.
Nigeriyanın Katsina əyalətində vəba epidemiyası səbəbindən 60 nəfər ölüb.
 
Məlumata görə, hazırda Nigeriyada 1400 nəfərə vəba diaqnozu qoyulub. Ölkənin səhiyyə nazirliyi vəba epidemiyasının Katsina əyalətində sürətlə yayıldığını və epidemiyanın yaxın günlərdə digər əyalətlərə keçəcəyini bildirib.
Nazirlik bölgələrə təcili dərman və tibbi ləvazimatların göndərildiyini bildirərək, bölgə sakinlərini epidemiyaya qarşı tədbir görməyə çağırıb. Təmiz suya olan ehtiyacın ödənilməməsi və vaxtında effektiv tibbi müdaxilələrin edilməməsi Nigeriyada ölüm riskini artırır. Bu səbəbdən,ölkədə malyariya, poliomielit, tifo və meymunçiçəyi kimi epidemiyalara tez -tez rast gəlinir.

Oxşar xəbərlər