Rusiyada koronavirus statistikası: 792 ölüm
10-08-2021, 12:45
155

Rusiyada koronavirus statistikası: 792 ölüm

Rusiyada son gündə koronavirusa 21.378 yoluxma qeydə alınıb.
Bu barədə ölkənin Koronavirusa qarşı mübarizə üzrə Əməliyyat Qəraragahı məlumat yayıb.
Rusiyanın şimal paytaxtı olan Sankt Peterburq şəhəri yoluxma sayına görə Moskvanı ötüb (müvafiq olaraq 1811 və 1639).
Eyni zamanda, son 24 saatda 792 ölüm qeydə alınıb.
Moskva bu statistikada hamıdan irəlidədir – 61 ölüm.

Oxşar xəbərlər