Almaniya bu ölkələrə 1,3 milyon doza vaksin göndərdi
10-08-2021, 21:34
160

Almaniya bu ölkələrə 1,3 milyon doza vaksin göndərdi

Almaniya hökuməti təxminən 1,3 milyon doza "AstraZeneca" adlı koronavirus peyvəndini aşağı gəlirli (kasıb) ölkələrə bağışlayıb.
Bunu ölkənin hökumət sözçüsü Ulrayk Demmer Berlində keçirdiyi brifinq zamanı deyib.
O bildirib ki, vaksinlərin bağışlanması BMT-nin COVID-19 Vaksinlərinə Qlobal Əlçatanlıq Proqramı çərçivəsində baş tutub.
Sudana 357 min 600, Efiopiyaya 271 min 200, Əfqanıstana 213 min 600, həmçinin Tacikistana 100 min 800 və Özbəkistana 355 min 200 doz vaksin göndərilib.
Qeyd olunub ki, ilin sonunadək az inkişaf etmiş və aşağı gəlirli ölkələrə ən azı 30 milyon doz vaksin göndəriləcək.

Oxşar xəbərlər