“Yota” ştammı gəlir - Daha sürətlə öldürür
11-08-2021, 21:25
148

“Yota” ştammı gəlir - Daha sürətlə öldürür

Koronavirusun yeni "Yota” ştammı (B.1.526) barədə mühüm məlumatlar açıqlanıb. 
 
Amerikalı alimlərin apardıqları araşdırmalar bu ştammın letallıq dərəcəsinin 80%-dən çox ola biləcəyini göstərib. 

Araşdırma zamanı 2020-ci ilin noyabrından 2021-ci ilin aprel ayı ərzində Nyu-Yorkun tibb müəssisələrində əldə edilmiş epidemioloji məlumatlar təhlil edilib. Təhlillər B.1.526 ştammının ilə digər variantlarla müqayisədə 15-25% daha sürətlə ötürüldüyünü deməyə əsas verib. Həmçinin, bu ştamm yoluxmuş şəxsin yaşından asılı olaraq infeksiyadan ölüm nisbətini yarım dəfə artırır. 

"Yota" ştammı ilk dəfə 2020-ci ilin noyabr ayında Nyu-Yorkda aşkarlanıb. Daha sonra Amerikanın bütün ştatlarında aşkarlanan ştamm hazırda dünyanın 27 ölkəsində yayılıb. 

Oxşar xəbərlər