Dünya
12-08-2021, 10:20
136
Türkiyədə gərgin anlar: Suriyalıların evləri yandırıldı
Türkiyənin paytaxt şəhərində gecə saatlarında suriyalıların məskunlaşdığı evlər yandırılıb.
Buna səbəb gərginlik zamanı suriyalı qaçqınlar tərəfindən 18 yaşlı Emirhan Yalçının bıçaqlanaraq öldürülməsi olub. Belə ki, Ankaranın Altındağ rayonunda türklər suriyalıların evlərini, avtomobillərini yandıraraq, ölkələrinə geri qayıtmaqlarını tələb ediblər.
Onlar həmçinin də, 18 yaşlı Emirhanın öldürdüklərinə görə cavab verəcəklərini bildiriblər. Əraziyə polis və FHN qüvvələri cəlb olunub. Qısa zamanda ara sakitləşdirilib. Cinayətdə şübhəli bilinən şəxslər isə saxlanılıb.