Paşinyan sərhəddəki təxribatlardan danışdı
12-08-2021, 12:50
148

Paşinyan sərhəddəki təxribatlardan danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında delimitasiya və demarkasiya işlərinin gücləndirilməsinin vacibliyindən söz açıb.
Paşinyan bu məsələdə mövqelərinin dəyişməz olduğunu da vurğulayıb.  O qeyd edib ki, kifayət qədər tez həll oluna biləcək məsələlərdən bir digəri bölgədə kommunikasiyaların açılmasıdır. Bu səbəblə komissiya Ermənistan, Rusiya və Azərbaycan baş nazir müavinləri formatında işini bərpa etməlidir.
Bundan əlavə, Paşinyan Ermənistanın Azərbaycanla sülh danışıqlarını bərpa etmək üçün təkliflər gözlədiyini vurğulayıb. Onun sözlərinə görə, indiki mərhələdə atəşkəs rejiminin pozulmasına təşəbbüs göstərənlər müəyyən edilməli və təxribatçı məqsədli şəkildə qınanmalıdır. Bu, gərginliyin daha da azalması səbəb olar, o cümlədən sabitlik baxımından da əhəmiyyətli rol oynayar: “Ancaq belə bir şeyi beynəlxalq monitorinq mexanizmini işə salmadan təsəvvür etmək çətindir”.
Paşinyan iyulun 29-da da bu məsələni diqqətə çəkdiyini də vurğulayıb:
“Bu rolu KTMT və ya ATƏT-in Minsk qrupunun həmsədrlərinin öz üzərinə götürməsini təklif etmişəm. ATƏT-in Minsk Qrupu həmsədrlərinin təklifi ilə Ermənistan ən yüksək səviyyədə sülh danışıqları prosesinə qayıtmağa hazırdır. Biz konkret təkliflər gözləyirik”.

Oxşar xəbərlər