Almaniyada saxlanılan rus casusunun adı bəlli oldu
12-08-2021, 20:17
179

Almaniyada saxlanılan rus casusunun adı bəlli oldu

Rusiyanın nəfinə casusluqda şübhəli bilinən Britaniya vətəndaşının adı bəlli olub.
“Mirror” xəbər verir ki, Almaniyada saxlanılan David Smit ən geci 2020-ci ilin noyabr ayından etibarən Rusiya kəşfiyyatı ilə gizli əməkdaşlıqda şübhəli bilinir.
O, avqustun 10-da Potsdam şəhərində (Brandenburq əyaləti) saxlanılıb, şübhəlinin mənzilində və iş yerində axtarışlar aparılıb.
Evdə sovet dövrünə və Rusiyaya aid xeyli əşya aşkarlanıb. 
Böyük Britaniyanın Berlindəki səfirliyinin əməkdaşını MI5 məxfi xidmətinin mütəxəssisləri ifşa edib.

Oxşar xəbərlər