Rusiyadan Azərbaycana yeni aviareys işə düşür
12-08-2021, 21:29
173

Rusiyadan Azərbaycana yeni aviareys işə düşür

Rusiyanın "Uralskie avialinii" şirkəti Perm şəhərindən Bakıya yeni reyslər işə salır.
Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava limanından bildiriblər.
Qeyd olunur ki, uçuşlar avqustun 19-dan başlayaraq həftədə bir dəfə baş tutacaq.
Təyyarə Permdən yerli vaxtla saat 07:30-da qalxacaq, 10:35-də Bakıda eniş edəcək. Əks istiqamətdə 11:35-də Bakıdan qalxan təyyarə 14:40-da Permə çatacaq.

Oxşar xəbərlər