Rusiyada bir gündə 815 nəfər koronavirusdan öldü
13-08-2021, 12:46
148

Rusiyada bir gündə 815 nəfər koronavirusdan öldü

Rusiyada son sutka ərzində daha 22 277 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
TASS xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların sayı 6 557 068 nəfərə çatıb.
Son sutka ərzində 815 nəfərin koronavirusdan öldüyü bildirilib. Bu rəqəm pandemiya başlayandan sutkalıq ölüm sayında rekord sayılır.
Ümumilikdə Rusiyada koronavirusdan ölənlərin sayı 168 864 nəfərə çatıb.
 

Oxşar xəbərlər