Yaponiyada fövqəladə vəziyyət elan olundu
13-08-2021, 14:05
157

Yaponiyada fövqəladə vəziyyət elan olundu

Yaponiyanın cənub-qərbində baş verən güclü yağış torpaq sürüşməsinə səbəb olub. Hirosima və Naqasakidə bəzi çaylar daşıb.
Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Bölgədə fövqəladə vəziyyətin elan olunduğu bildirilib.
Yerli polis mənbələrinin açıqlamasına görə, hadisə nəticəsində Naqasaki əyalətində bir nəfər ölüb, iki nəfər isə itkin düşüb.

Oxşar xəbərlər