Rusiyanın cənubunda fövqəladə vəziyyət elan edildi
13-08-2021, 21:54
196

Rusiyanın cənubunda fövqəladə vəziyyət elan edildi

Rusiyanın cənubundakı Krasnodar diyarında leysan yağıntılarla əlaqədar fövqəladə vəziyyət rejimi elan edilib.
Unikal.org-un məlumatına görə, Anapa şəhərində son sutka ərzində 3 aylıq yağıntı norması düşüb.
Bölgədə 800-ə yaxın ev və həyətyanı sahə su altında qalıb.
Anapa və Novorossiysk şəhərlərində, Temryuk və Slavyansk rayonlarında fövqəladə vəziyyət elan olunub. Diyar ərazisində yağıntıların davam edəcəyi proqnozlaşdırılır.

Oxşar xəbərlər