Paşinyanən istefasını tələb edən daha bir general işdən çıxarıldı
13-08-2021, 22:33
182

Paşinyanən istefasını tələb edən daha bir general işdən çıxarıldı

Ermənistan ordusunda daha bir general istefaya göndərilib. 

Bu gün Ermənistan Prezidenti Armen Sarkisyanın sərəncamı ilə korpus komandiri, general-mayor Jirayr Poqosyan tutduğu vəzifədən azad edilib. 

Poqosyan Ermənistan silahlı qüvvələrinin 1-ci korpusunun komandiri vəzifəsini daşıyırdı. O bu vəzifəyə 2018-ci ildə təyin edilmişdi.

Jirayr Poqosyan baş nazir Nikol Paşinyana müxalifətdə dayanan generallarandır. O, bir müddət əvvəl Nikol Paşinyanın istefasını tələb edən yüksək rütbəli hərbçilər arasında o da var idi.

Poqosyan həm də "Qarabağ klanı"na yaxın şəxs sayılır. O, 1998-1999-cu ildə qondarma Dağlıq Qarabağ Respublikasının "baş nazir”i olub.

Ehtimal olunur ki, Poqosyanın istefaya göndərilməsi ordunun "Qarabağ klanı"na, eyni zamanda Rusiyanın tamamilə nəzarətində olan fiqurlardan təmizlənməsi prosesinin tərkib hissəsidir. 

Oxşar xəbərlər