Türkiyədə vaksinasiya yaşı 15-ə endirildi
16-08-2021, 11:57
146

Türkiyədə vaksinasiya yaşı 15-ə endirildi

Türkiyənin Səhiyyə Nazirliyi əhalinin koronavirusa qarşı vaksinasiyası ilə bağlı yeni qərarlar qəbul edib.
 “Haber Global” xəbər verir ki, vaksinasiya yaşı 18-dən 15-ə endirilib.
Xroniki xəstəliyi aşkarlanan yeniyetmələrdə isə 12 yaşdan vaksinlənmə həyata keçirilməlidir.
Həmçinin PCR testinin nəticəsi pozitiv çıxan xəstələrdə vaksin vurulması 3 aydan 1 aya endirilib.

Oxşar xəbərlər