Nigeriyada 15 kollec tələbəsi qaçırıldı
16-08-2021, 21:36
166

Nigeriyada 15 kollec tələbəsi qaçırıldı

Nigeriyanın Zamfara əyalətində yerləşən "Aqrar" kollecə silahlı hücum edilib.
Bu barədə kollecin nümayəndəsi Aliyu Bakura açıqlama verib.
O, bildirib ki, naməlum şəxslər tərəfindən edilən silahlı hücumda 1 polis və 3 mühafizəçi öldürülüb, ən az 15 tələbə qaçırılıb.
Qeyd edək ki, yanvar ayından bəri Nigeriyanın 5 əyalətində çox sayda tələbə qaçırıldığı üçün təhsil dayandırılıb. 

Oxşar xəbərlər