"Taliban" Kabildən bütün uçuşları dayandırdı
17-08-2021, 22:56
212

"Taliban" Kabildən bütün uçuşları dayandırdı

"Taliban" radikal qruplaşması Əfqanıstan paytaxtı Kabildən bütün uçuşların dayandırıldığını elan edib. 
Xarici KİV xəbər verir ki, hava limanının avqustun 21-dən etibarən yenidən vətəndaşlar üçün açıq elan ediləcəyi bildirilib. 
Bununla yanaşı, qeyd olunur ki, "Taliban" yaraqlılarının bir qrupu artıq hava limanının binasındadır. 
Bildirilib ki, taliblər hava limanının ətrafına toplanmış sakinləri ərazidən uzaqlaşdırmaq üçün havaya bir neçə dəfə atəş açıb. 
Qeyd edək ki, bir neçə gün əvvəl Kabil hava limanından bütün kommersiya uçuşları da ləğv edilib.

Oxşar xəbərlər