Kabil hava limanında 7 aylıq körpə tapıldı
18-08-2021, 10:23
146

Kabil hava limanında 7 aylıq körpə tapıldı

Kabil hava limanında kimsəsiz körpə tapılıb.
Bu barədə xarici KİV-də məlumat yayılıb.
Ərzaq məhsulları üçün olan zənbilə qoyulmuş 7 aylıq oğlan uşağı aeroportun uçuş-eniş zolağında aşkar olunub.
Körpənin valideynləri barədə heç bir məlumat yoxdur. Onun qəsdən atıldığı və ya hava limanındakı xaosda itirildiyi məlum deyil./Oxu.az   

Oxşar xəbərlər