Dünya
19-08-2021, 15:30
151
Özünü "İmam Mehdi" kimi tanıdıb, həmkəndlisini ÖLDÜRDÜ
Türkiyənin Zonquldak ərazisində 67 yaşlı Murat Kuranı 9 dəfə güllələyərək öldürən Ərdoğan Kösepınar törətdiyi cinayəti etiraf edib.
2020-ci ildə baş verən cinayətin üstü tam bir ildən sonra açılıb. Belə ki, məhkəməyə gətirilən 55 yaşlı Ərdoğan Kösepınar özünü "İmam Mehdi" kimi təqdim edib.
O, insanların buna inanmadığını, hətta onun "Dəli" adlandıranlarını sübut etmək üçün cinayət törətdiyini bildirib. Zonquldak sakini olan Murat Kuran Almaniyadan kəndinə gəlib. Gəldiyi ilk günlərdən Ərdoğanla arasında nifaq yaranıb. Hətta Ərdoğan Kösepınar onu "Şeytan" adlandırıb. Bu səbəblə də, Ərdoğan Muratın evinə gedərək, onu 9 dəfə atəş açıb. Murat Kuran hadisə yerindəcə keçinib.
Ərdoğan Kösepınar isə polis tərəfindən saxlanılıb. O, dəfələrlə sorğu edilsə də, cinayəti bir ildən sonra etiraf edib.