Türkiyə əfqan rəsmilərini ölümdən xilas etdi
19-08-2021, 20:09
184

Türkiyə əfqan rəsmilərini ölümdən xilas etdi

Türkiyə Əfqanıstan hökumətinin yüksək vəzifəli şəxslərini təxliyə edib. 
"Hürriyet" xəbər verir ki, "Türk Hava Yolları"nın (THY) Kabul beynəlxalq hava limanından havaya qalxan təyyarəsində İkinci vitse -prezident Məhəmməd Sərvər Daniyiş və xarici işlər naziri Məhəmməd Hənif Atmar da daxil olmaqla, 324 nəfər olub.
Bu vəzifəli şəxslər "Taliban" tərəfindən hədəfə alınıb.
Rəsmi Ankara türk vətəndaşlarını və Əfqanıstan rəsmilərini təxliyə etmək üçün Türkiyənin Kabildəki səfirliyi vasitəsi ilə xilasetmə əməliyyatı keçirib.

Oxşar xəbərlər