Moskvadan Sankt-Peterburqa qatarın üstündə getdi
19-08-2021, 23:04
180

Moskvadan Sankt-Peterburqa qatarın üstündə getdi

Rusiyada maraqlı hadisə yaşanıb.
Adı açıqlanmayan 22 yaşlı Kirov sakini Moskvadan Sankt-Peterburqa qatarın üstündə gedərək 634 kilometr yol qət edib.
Buna səbəb gəncin dostunu ziyarət etmək istəyi olub. O pulu olmadığı üçün bu cür səyahət üsulunu seçib. Dəmiryol stansiyasında işsiz gənci dostu əvəzinə nəqliyyat polisləri qarşılayıblar. Onunla profilaktik söhbət aparılaraq bu cür səyahətin təhlükəli olması izah edilib.
 

Oxşar xəbərlər