Moskvadakı Azərbaycan restoranına hücum etmiş ermənilərə hökm oxunub
19-08-2021, 18:50
168

Moskvadakı Azərbaycan restoranına hücum etmiş ermənilərə hökm oxunub

Moskvanın cənub-qərbindəki "Bakinski dvorik” restoranına ötən il hücum edən ermənilərə hökm oxunub.
Bu barədə TASS məlumat yayıb.
Moskvanın Nikulin rayon məhkəməsinin qərarı ilə A.A.Nikoyan, S.M.Nikoyan, A.A.Apreyan, A.P.Petrosyan, N.Ş.Petrosyan, R.K.Saakyan hadisəni törətməkdə (silah qismində vasitələrdən istifadə etməklə xuliqanlıq) təqsirli bilinib. Onların hər biri cəzasını ümumi rejimli həbsxanada çəkməklə 2 il müddətinə azadlıqdan məhrum ediliblər.
 

Oxşar xəbərlər