Karapetyan yenə Moskvaya getdi
22-08-2021, 10:45
146

Karapetyan yenə Moskvaya getdi

Ermənistan nümayəndə heyəti "Ordu-2021" hərbi sənaye sərgisinin açılış mərasimlərində və Beynəlxalq Ordu Oyunlarında iştirak edəcək.
Ermənistanın müdafiə naziri Arşak Karapetyanın başçılıq etdiyi nümayəndə heyəti avqustun 22 -də Rusiyaya işgüzar səfər edib.
Modern.az xəbər verir ki, bu barədə bazar günü Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Ermənistan nümayəndə heyəti "Ordu-2021" hərbi sənaye sərgisinin açılış mərasimlərində və Beynəlxalq Ordu Oyunlarında iştirak edəcək.
Beynəlxalq Ordu Oyunlarının təşkilatçısı Rusiya Federasiyasının Müdafiə Nazirliyidir.
2021-ci ildə Beynəlxalq Ordu Oyunları 22 avqust - 4 sentyabr tarixlərində Ermənistan da daxil olmaqla 11 dövlətin ərazisində keçiriləcək. 40 -dan çox ölkədən 5 mindən çox hərbçi sahə, hava və dəniz hazırlığı üzrə 34 yarışda mübarizə aparacaq.

Oxşar xəbərlər