Əşrəf Qəninin naziri “Taliban“a qatıldı
22-08-2021, 11:01
169

Əşrəf Qəninin naziri “Taliban“a qatıldı

Hakimiyyəti devrilmiş Əfqanıstan hökumətinin daha bir üzvü "Taliban"a beyət edib.
"Əmvac" xəbər verir ki, Əşrəf Qəni hökumətində sərhəd və etnik qruplar naziri olmuş Məhəmməd Şərif Gülağa Şirzəy hərəkatın ofisinə gələrək ona dəstək verib.
Bundan əvvəl eks-prezidenti qardaşı Həşmət Qəni "Taliban"a qatılıb.
O, Əşrəf Qəninin tezliklə Əfqanıstana qayıdacağını və ittihamlara cavab verəcəyini bildirib.

Oxşar xəbərlər