Pakistanlı zabit Əfqanıstanla sərhəddə öldürülüb
23-08-2021, 10:17
133

Pakistanlı zabit Əfqanıstanla sərhəddə öldürülüb

Əfqanıstanla həmsərhəd Şimali Vəziristan bölgəsində Pakistan ordusunun bir zabiti öldürülüb, iki hərbçi yaralanıb.
Bu barədə Pakistanın Müdafiə Nazirliyi məlumat yayıb. Belə k, onların olduğu avtomobil Tobo qəsəbəsində terrorçuların yerləşdirdiyi əldəqayırma minaya toxunaraq partlayıb.
Həmin gün, Şimali Vəziristanın Boya bölgəsində kəşfiyyat əməliyyatı zamanı Pakistan xüsusi təyinatlıları bölgədə fəaliyyət göstərən separatçı qruplardan birinin yaraqlısını məhv edib.

Oxşar xəbərlər