Polşa da sərhəddə Türk "taktikası"ndan istifadə edəcək
23-08-2021, 23:07
178

Polşa da sərhəddə Türk "taktikası"ndan istifadə edəcək

Polşa miqrant axını səbəbindən Belarus ilə sərhəddə 2,5 metr hündürlüyündə yeni hasar inşa edəcək.
Bunu Polşanın milli müdafiə naziri Mariuş Blaşak deyib.
Onun sözlərinə görə, hazırda mövcud olan hasar köhnəlib və Belarus-Polşa sərhədinin məhdud hissəsindən keçir. 
Polşalı nazir əlavə edib ki, ölkə sərhədçilərinə kömək məqsədilə daha çox əsgər cəlb olunacaq. 
Polşa sərhədçilərinin məlumatına görə, avqustun əvvəlindən Belarus tərəfdən 2,1 min nəfər dövlət sərhədini qanunsuz şəkildə keçməyə cəhd göstərib. Ötən il isə ümumilikdə bu rəqəm 120 nəfərə bərabər olub. 
Hazırda onlarla qanunsuz miqrant Belarus və Polşa sərhədində hərəkətsiz qalıb. Belə ki, hər iki ölkənin sərhədçiləri miqrantları heç bir ölkəyə daxil olmağa icazə vermir. Polşa tərəfi  iddia edir ki, miqrantlar neytral zonada deyil, məhz Belarus ərazisindədirlər.
Qeyd edək ki, Belarus prezidenti sərhədin pozulmasına görə Polşanı ittiham etmişdi. 

Oxşar xəbərlər