Müğənni koronavirus olduğu halda konsert verdi - İDDİA
23-08-2021, 17:18
166

Müğənni koronavirus olduğu halda konsert verdi - İDDİA

Müğənni və maqazin şərhçisi Seren Serengil, "Beyaz TV"də yayımlanan "Söylemezsem" proqramında diqqət çəkən bir iddia irəli sürüb.
Serengil, məşhur müğənni Kenan Doğulunun koronavirus testinin nəticəsi müsbət ola-ola konsert verdiyini  bildirib. 
Aparıcı, Kenan Doğulunun yüzlərlə izləyicinisini, pərəstişkarını, komandasını və iş yoldaşlarını böyük riskə  atdığını bildirib. Seren müğənninin insanların sağlamlığı üçün  konserti  ləğv edə yaxud təxirə sala biləcəyini də  şərh edib. 
Bu iddialardan sonra Kenan Doğulunun iddialarla bağkı heç bir açıqlama gəlməyib. 

Oxşar xəbərlər