Yəməndə milyonlarla azyaşlı ölümlə üz-üzə qalıb - UNİCEF
24-08-2021, 12:39
150

Yəməndə milyonlarla azyaşlı ölümlə üz-üzə qalıb - UNİCEF

Yəməndə hər 10 dəqiqədə bir uşaq ölür. Bu ölümdən qaçmaq da mümkün ola bilərdi.
"RİA Novosti" xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) icraçı direktoru Henrietta For öz açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu il 1,6 milyon uşaq zorakılıq nəticəsində didərgin düşüb:
"Bu gün Yəməndə 21 milyona yaxın insanın, o cümlədən 11,3 milyon uşağın sağ qalması üçün humanitar yardıma ehtiyacı var. 2,3 milyon uşaq qida tapa bilmir və 5 yaşa qədər təxminən 400 min uşaq kəskin qida çatışmazlığından əziyyət çəkir – onlar qaçılmaz ölümlə üz-üzədirlər". 
"Yəməndə qarşısının alınması mümkün ola bilən səbəblərdən, qida çatışmazlığından və peyvəndlə qarşısı alına bilən xəstəliklərdən hər 10 dəqiqədə bir uşaq ölür", - deyə UNICEF rəhbəri əlavə edib.

Oxşar xəbərlər