İranın Mülki Aviasiya İdarəsi bir daha təkzib verdi - Təyyarə qalmaqalı
24-08-2021, 22:15
165

İranın Mülki Aviasiya İdarəsi bir daha təkzib verdi - Təyyarə qalmaqalı

İranın Mülki Aviasiya İdarəsi Ukrayna təyyarəsi ilə bağlı yeni açıqlam yayıb.
"Fars News" xəbər verir ki, qurum Əfqanıstandan  2 təyyarənin İran hava limanınlarına endiyini açıqlayıb..
Mülki Aviasiya İdarəsinin sözçüsü Məhəmməd Həsən Zibəxş bildirib ki, Əfqanıstanın "Kam Air" şirkətinə məxsus təyyarələrdən biri Türkiyənin hava sahəsini keçməyə və uçuş icazəsi olmadığı, habelə yanacaq doldurmaq üçün Urmiya hava limanına eniş edib.
"Həmin təyyarə 4 saat sonra Daşkənd hava limanına doğru uçub və ora enib. "Kam Air"in ikinci təyyarəsi Kabil hava limanından havaya qalxaraq Məşhəd hava limanına enib, sonra Kiyevə uçub", - deyə Zibəxş qeyd edib.
Beləliklə, Ukrayna təyyarəsinin Əfqanıstandan Ukraynaya istiqamət alarkən qaçırıldığı iddiası bi daha Mülki Aviasiya İdarəsi və rəsmi Kiyev tərəfindən təkzib olunub.

Oxşar xəbərlər