Gürcüstanda Suriyaya köçməyi planlaşdıran 5 İŞİD üzvü saxlanıldı
24-08-2021, 19:44
158

Gürcüstanda Suriyaya köçməyi planlaşdıran 5 İŞİD üzvü saxlanıldı

Gürcüstanın Kaxeti bölgəsində İŞİD terror qruplaşmasının üzvü olan və Suriyaya terror düşərgəsinə köçməyi planlaşdıran 5 nəfər saxlanılıb.
"TASS" xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, əməliyyat Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzinin əməkdaşları ilə Daxili İşlər Nazirliyinin bölmələri tərəfindən həyata keçirilib. Sözügedən şəxslər Gürcüstan vətəndaşlarıdır.

Oxşar xəbərlər