"Başçılıq etdiyim hökumət müharibənin nəticələrinə görə günahkardır" - Paşinyan
24-08-2021, 23:31
163

"Başçılıq etdiyim hökumət müharibənin nəticələrinə görə günahkardır" - Paşinyan

Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı etdiyi səhvdən danışıb.
Xarici KİV xəbər verir ki, Paşinyan 2018-ci ilə qədər aparılan danışıqların məğzini ictimaiyyətə açıqlamadığı üçün peşman olduğunu deyib.
"2018-ci ildə mənə qalan danışıqların mirasını açıqlamaqda səhv etdiyimi düşünürəm. Başçılıq etdiyim hökumət müharibənin nəticələrinə görə günahkardır", - deyə Baş nazir bildirib.
Qeyd edək ki, onun parlamentdə bügünki çıxışı zamanı qarşıdurmalar yaşanıb. 

Oxşar xəbərlər