Daha 2 min nəfər Əfqanıstandan təxliyə edildi
25-08-2021, 12:19
149

Daha 2 min nəfər Əfqanıstandan təxliyə edildi

Əfqanıstanda Talibanın nəzarətə götürdüyü Kabul Hava Limanından uçuşlarla təxliyə əməliyyatları davam edir.
İngiltərə Xarici İşlər Naziri Dominik Raab  son 24 saat ərzində Kabildən 2 min insanın təxliyə edildiyini açıqlayıb.  
Raab, İngiltərənin həyata keçirdiyi evakuasiya əməliyyatı çərçivəsində Əfqanıstandan çıxarılmış və təhlükəsiz keçid alan insanların sayının 9 mindən çox olduğunu ifadə edib. 
Bununla yanaşı, ABŞ Müdafiə Nazirliyinin dünən etdiyi açıqlamada 14 avqustdan bəri Əfqanıstandan 58.700 nəfəri təxliyə etdiyi bildirilib.

Oxşar xəbərlər