Dünya Bankı Əfqanıstana maliyyə yardımını dayandırdı
25-08-2021, 13:54
171

Dünya Bankı Əfqanıstana maliyyə yardımını dayandırdı

Dünya Bankı Əfqanıstana maliyyə yardımını dayandırdığını açıqlayıb. 
Xarici KİV xəbər verir ki, Dünya Bankının sözçüsü, Əfqanıstandakı vəziyyətdən və ölkənin, xüsusən də qadınların inkişaf perspektivlərinə təsirindən "çox narahat olduğunu" söyləyib.  
"Əfqanıstandakı əməliyyatlarımızda ödəmələri dayandırdıq, vəziyyəti daxili siyasətimizə və prosedurlarımıza uyğun olaraq yaxından izləyirik və qiymətləndiririk" ,- deyə  sözçü  qeyd edib.  
Açıqlamada, bankın beynəlxalq ictimaiyyət və inkişaf tərəfdaşları ilə sıx əlaqələr qurmağa davam edəcəyini də  bildirilib.  

Oxşar xəbərlər