Çin ÜST-ü ABŞ laboratoriyalarını yoxlamağa ÇAĞIRDI
26-08-2021, 23:27
178

Çin ÜST-ü ABŞ laboratoriyalarını yoxlamağa ÇAĞIRDI

Çin Xalq Respublikasının Cenevrədə yerləşən BMT Baş Qərargahındakı Daimi Nümayəndəsi Çen Xu ABŞ-dakı bioloji laboratoriyaların yoxlanılması tələbi ilə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) sorğu göndərib. Söhbət Fort Detrisk və Şimali Karolina Universitetindəki müəssisələrdən gedir.
“Global Times” xəbər verir ki, müraciətdə pandemiyaya səbəb olan koronavirusun mənşəyinin araşdırılmasının vacibliyi bildirilib.
Nəşr qeyd edir ki, bu, Çinin diplomatik kanallarla ÜST qarşısında qoyduğu ilk tələbdir. Yüksək rütbəli çinli diplomatın təşkilatın rəhbəri Tedros Adanom Gebreyesusa ünvanlandığı müraciətə Çindən gələn 25 milyon İnternet istifadəçisindən gələn toplu bir məktub da əlavə olunub.

Oxşar xəbərlər