"Bunu sizə ödətdirəcəyik!" - Bayden İŞİD-ə səsləndi
27-08-2021, 10:27
142

"Bunu sizə ödətdirəcəyik!" - Bayden İŞİD-ə səsləndi

ABŞ prezidenti Co Bayden Kabul hava limanında terror aktını törədilənləri bağışlamayacağını bəyan edib. 
Hadisədən sonra  Ağ Evdə mətbuat konfransı keçirən Bayden bir  sıra açıqlamalar verib.  
İŞİD-ın Xorasan qolunun Kabil hava limanında törətdiyi  terror  aktını  şərh edən Bayden, "Bunu sizə ödətdirəcəyik!",- deyə səslənib.  O, həmçinin də, "Hücuma istədikləri yerdə və zamanda cavab verəcəklərini",-  söyləyib.  
Bayden 13 amerikalı əsgərin öldüyünü,  15 nəfərin isə  ağır yaralandığını  qeyd edərək, "Həyatını itirən ABŞ əsgərləri bizim üçün qəhrəman olaraq xatırlanacaq.  70 mindən çox əsgərlərimizi evakuasiya etmişik. Dünyada əhəmiyyətli hərbi gücə sahib olan bir ölkə olaraq, son 6 aydakı şəklə baxdığımda İraqdakı əsgərləri evlərinə döndüklərini düşünürəm.  O qəhrəmanların ailələri qarşısında məsuliyyətimiz var. Bu vəzifələri yerinə yetirəcəyik. Bu gün itirilən həyat, azadlıq naminə itirilən həyatdır", -  deyə ifadə edib.

Oxşar xəbərlər