ABŞ-ın bütün hərbi qüvvələri Əfqanıstandan ÇIXARILDI (FOTO)
31-08-2021, 10:35
154

ABŞ-ın bütün hərbi qüvvələri Əfqanıstandan ÇIXARILDI (FOTO)

ABŞ-ın hərbi qüvvələrinin Əfqanıstandan çəkilmə prosesi tamamlanıb.
Bunu ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının rəhbəri Kennet Makkenzi keçirdiyi brifinq zamanı deyib.
"ABŞ vətəndaşlarını və müdafiəsiz əfqanları təxliyyə etmək üçün hərbi missiyanın sonunda Əfqanıstandan çəkilməyimizin tamamlandığını elan etmək üçün buradayam.
Son "C-17" təyyarəsi ABŞ saatı ilə 15:29-da Kabil aeroportundan havaya qalxdı. Hazırda ölkədə qalan son insan daşıyan təyyarələr Əfqanıstan üzərindəki hava məkanından çəkilir", - deyə Makkenzi bildirib.
Qeyd edək ki, Birləşmiş Ştstlsrın prezidenti Co Bayden 31 avqustda qoşunlarının bütünlüklə Əfqanıstandan çıxacağını bildirmişdi. 
ABŞ-ın bütün hərbi qüvvələri ƏfqanıstandanÇIXARILDI (FOTO) 

Oxşar xəbərlər