İranda daha 643 nəfər COVID-19-dan öldü
31-08-2021, 15:05
155

İranda daha 643 nəfər COVID-19-dan öldü

İranda ötən sutka ərzində 643 nəfər koronavirusdan (COVID-19) ölüb, 31 319 nəfər yoluxub.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 107 794 nəfərə, yoluxanların sayı isə 4 992 063 nəfərə çatıb. Virus daşıyıcılarından 7 879 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Oxşar xəbərlər