7 uşaq anasını boğub, ÖLDÜRDÜ
31-08-2021, 15:08
151

7 uşaq anasını boğub, ÖLDÜRDÜ

Türkiyənin Şanlıurfa ərazisində  bədbəxt hadisə yaşanıb. 
46 yaşlı Ahmet Tokay mübahisə etdiyi  həyat yoldaşı Hədiyə  Tokayı boğaraq öldürüb. 7 uşaq anası  olan qadının ortadan yoxa çıxması isə qohumlarını  narahat edib. Bununla bağlı onlar polisə müraciət edib. Polis  itkin düşən 40 yaşlı qadının axtarışına başlayıb.  İlkin dindirilmədə onun həyat yoldaşı nəzarətə  götürülüb.  Ahmet , həyat yoldaşının onu 7 uşağı ilə birlikdə  tək qoyub qaçdığını dilə gətirib. 
Lakin axtarışlar nəticəsində  Hədiyə Tokayın cansız bədəni yaşadıqları evin hamam otağında aşkarlanıb. Kişi cinayəti etiraf edib. Onun barəsində qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırma  aparılır. 
 

Oxşar xəbərlər