Molla 3 azyaşlı qızını silahla ÖLDÜRDÜ
1-09-2021, 11:29
142

Molla 3 azyaşlı qızını silahla ÖLDÜRDÜ

Türkiyənin Trabzon şəhərində  dəhşətli cinayət hadisəsi  qeydə  alınıb.
Molla Emre Göktaş 12 illik həyat yoldaşı ilə mübahisə edib.  O, dəfələrlə  qadını  şiddətə məruz qoyub. Bu səbəblə də,  məhkəmə  molla  barəsində uzaqlaşdırma  qərarı  alıb.  4 aydır  ailəsindən uzaq  qalan Emre  yenidən evinə  qayıdıb.  O,  həyat yoldaşına qızları ilə gəzintiyə  çıxacağını bildirib.  3 azyaşlı  qızını  alaraq evdən uzaqlaşan cani  ata  silahla onların hər  birini qətlə yetirib. 
Hadisə şahidləri qısa zamanda polisə xəbər verib. Əraziyə  gələn polislər mollanı  cinayət üstündə saxlayıblar. O, həyat yoldaşından intiqam almaq üçün qızlarını öldürdüyünü bildirib. Şəxs  barəsində  qətimkan tədbiri  seçilb. 
 Faktla bağlı araşdırma  aparılır. 

Oxşar xəbərlər